https://news.day.az/azerinews/1846391.html Rayonlara leysan yağır Ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan məlumatına əsasən yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.

Rayonlara leysan yağır

Azərbaycanca, 7 июля 2026 09:27 (UTC +04:00) 300
Rayonlara leysan yağır

Ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan məlumatına əsasən yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.

Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости