https://news.day.az/azerinews/1846394.html Bakı–Naxçıvan reysləri bərpa olunub AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub. Day.Az xəbər verir ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir. Bildirilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.

Bakı–Naxçıvan reysləri bərpa olunub

Azərbaycanca, 7 июля 2026 09:38 (UTC +04:00) 295
Bakı–Naxçıvan reysləri bərpa olunub

AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub.

Day.Az xəbər verir ki, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.

Bildirilib ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları"nın iyulun 6-na planlaşdırılan bir sıra Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınmışdı. Məlumata görə, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости