https://news.day.az/azerinews/1846497.html Kimlər daha tez pensiyaya çıxacaq? - AÇIQLAMA - VİDEO Azərbaycanda qadınların və kişilərin ümumi pensiya yaşı 65 olaraq müəyyən edilsə də, bəzi kateqoriyalara güzəştli şərtlərlə daha erkən pensiyaya çıxmaq hüququ verilir.

Kimlər daha tez pensiyaya çıxacaq? - AÇIQLAMA - VİDEO

Azərbaycanca, 7 июля 2026 15:48 (UTC +04:00) 344
Kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda qadınların və kişilərin ümumi pensiya yaşı 65 olaraq müəyyən edilsə də, bəzi kateqoriyalara güzəştli şərtlərlə daha erkən pensiyaya çıxmaq hüququ verilir.

Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələrdə, əlilliyi olan uşağı böyüdən şəxslərdə, həmçinin ağır və zərərli işlərdə çalışan və bəzi xəstəliklərə malik vətəndaşlarda pensiya yaşı 5 il və bəzi hallarda daha çox azaldıla bilər.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, güzəştli pensiya hüququndan istifadə edən şəxslərin dairəsinin genişləndirilməsi və bu məsələyə yenidən baxılması məqsədəuyğun hesab olunur.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости