https://news.day.az/azerinews/1846506.html Mətbəxdə taxta qab-qaşıqdan istifadə etməyin sağlamlığa bu kimi təsirlərini BİLMİRDİNİZ - VİDEO Mətbəxdə istifadə olunan taxta qaşıq, doğrama taxtası və digər taxta ləvazimatlar düzgün qulluq edilmədikdə bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilə bilər.

Mətbəxdə taxta qab-qaşıqdan istifadə etməyin sağlamlığa bu kimi təsirlərini BİLMİRDİNİZ - VİDEO

Azərbaycanca, 7 июля 2026 16:15 (UTC +04:00) 325
Mətbəxdə taxta qab-qaşıqdan istifadə etməyin sağlamlığa bu kimi təsirlərini

Mətbəxdə istifadə olunan taxta qaşıq, doğrama taxtası və digər taxta ləvazimatlar düzgün qulluq edilmədikdə bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilə bilər.

Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, mütəxəssislər zamanla yaranan cızıq və çatlarda qida qalıqlarının toplanaraq qida zəhərlənməsi riskini artırdığını bildirirlər.

Qida mütəxəssislərinin sözlərinə görə, taxta mətbəx ləvazimatlarının keyfiyyəti və hazırlandığı ağac növü böyük əhəmiyyət daşıyır. Keyfiyyətsiz materiallardan hazırlanan məhsullar daha tez deformasiyaya uğrayır və vaxtında yenisi ilə əvəz olunmalıdır.

Mütəxəssislər taxta qabların hər istifadədən sonra düzgün yuyulmasını, tam qurudulmasını və zədələndikdə dəyişdirilməsini tövsiyə edirlər. Onların fikrincə, şüşə və keramika qablar gigiyena baxımından daha təhlükəsiz alternativ hesab olunur.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости