Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək

ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasına görə əvvəllər tətbiq etdiyi birtərəfli sanksiyaları ləğv etməyi planlaşdırır.

Day.Az xəbər verir ki, bu barədə Türkiyədə rəsmi səfərdə olan ABŞ Prezidenti Donald Tramp bildirib.

"Deyə bilərəm ki, biz sanksiyaları ləğv edəcəyik", - deyə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüş zamanı bildirib.

Qeyd edək ki, ABŞ və Türkiyə liderləri arasında danışıqlar Ankarada NATO Sammiti çərçivəsində keçirilir.