Sərnişinlər də cərimələnə

Yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət yalnız sürücülərə aid deyil. Mövcud qanunvericiliyə əsasən, sərnişinlərin də bəzi davranışları inzibati məsuliyyət yaradır.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Maddə 338.1 - Sərnişinlər tərəfindən yol hərəkəti qaydalarının pozulması) əsasən aşağıdakı qayda pozuntularına görə sərnişinlər 30 manat məbləğində cərimə oluna bilərlər:

  • Minib-düşmə qaydalarının pozulması: Nəqliyyat vasitəsinə təhlükəsizlik tələblərinə zidd şəkildə minib-düşmək.
  • Təhlükəsizlik kəməri: Avtomobildə hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməmək.
  • Dəbilqə taxmamaq: Motosiklet, moped və digər analoji nəqliyyat vasitələrində səfər edən şəxslərin qoruyucu motodəbilqə taxmaması.
  • Sürücünün diqqətini yayındırmaq: Nəqliyyat vasitəsini idarə edən şəxsin diqqətini yayındıracaq hərəkətlərə yol vermək.

Bu tələb və normalar sərnişinlərin mümkün yol-nəqliyyat hadisələri zamanı xəsarət alma riskini azaltmaq, təhlükəsizliyi artırmaq və qəza riskini minimuma endirmək məqsədi daşıyır.

Nəsimi Ələsgərli