Sel Qax–Balakən dəmir yolu infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb - VİDEO
Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.
Day.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.
"Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8 - 20 iyul tarixlərində Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.
Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək", - deyə məlumatda bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре