https://news.day.az/azerinews/1846828.html DÇ-2026-da 1/4 final mərhələsinə START VERİLİR Bu gecə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək. Day.Az xəbər verir ki, mərhələnin açılış qarşılaşmasında Fransa və Mərakeş milli komandaları üz-üzə gələcəklər.

DÇ-2026-da 1/4 final mərhələsinə START VERİLİR

Azərbaycanca, 9 июля 2026 11:23 (UTC +04:00) 260
DÇ-2026-da 1/4 final mərhələsinə

Bu gecə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək.

Day.Az xəbər verir ki, mərhələnin açılış qarşılaşmasında Fransa və Mərakeş milli komandaları üz-üzə gələcəklər. ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Matçı argentinalı hakim Fakundo Telyo idarə edəcək.

1/4 final mərhələsinin digər oyunlarında isə İspaniya Belçika ilə, İngiltərə Norveçlə, Argentina isə İsveçrə ilə yarımfinal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi DÇ-2026-ya iyulun 19-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости