https://news.day.az/azerinews/1849447.html Kəlbəcərdə partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, partlayış nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.

Kəlbəcərdə partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Azərbaycanca, 21 июля 2026 21:31 (UTC +04:00) 291
Kəlbəcərdə partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, partlayış nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib.

Qeyd edilib ki, xəsarət alan şəxs yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости