Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya ilə yollar ayrılıb.
Day.Az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasından (ABF)-dən tərəflər arasında əməkdaşlığın qarşılıqlı razılıq əsasında başa çatdığı bildirilib.
2022-ci ildən ABF-də fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddətdə qadınlardan ibarət əsas milliyə, həmçinin U-16, U-18 və U-20 qız yığmalarına rəhbərlik edib. O, baş məşqçi kimi 70-dən çox rəsmi FIBA qarşılaşmasında komandaların başında yer alıb.
Onun rəhbərliyi altında U-16 qızlardan ibarət milli 2023-cü və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub, U-18 yığması isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре