https://news.day.az/azerinews/1857717.html Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur - Mariyana Kyundziç Azərbaycan Avropa İttifaqının (Aİ) vacib və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyuruq.

Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur - Mariyana Kyundziç

Azərbaycanca, 4 сентября 2026 11:46 (UTC +04:00) 215
Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur

Azərbaycan Avropa İttifaqının (Aİ) vacib və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyuruq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kyundziç Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və LINKS Europe Fondunun birgə təşkilatçılığı ilə "Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan və Aİ münasibətlərində dinamikanın artıdığı müşahidə edilir.

"Artan əlaqələrimiz göstərir ki, tərəfdaşlığımız yalnız keçmişə deyil, həm də xalqlarımız üçün firavan gələcəyin qurulmasına yönəlib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycanı Avropa İttifaqının strateji tərəfdaşı və etibarlı enerji tərəfdaşı kimi vacib rolunu qeyd edir. Azərbaycan Aİ-nin vacib və etibarlı enerji tərəfdaşına çevrilib və biz Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyuruq",- deyə o bildirib.

Qeyd edək ki, dəyirmi masanın əsas məqsədi Avropa-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə etmək, tarixi təcrübədən irəli gələn nəticə və dərsləri nəzərdən keçirmək, həmçinin gələcəkdə daha sıx və səmərəli əməkdaşlığın gücləndirilməsi üçün mövcud imkanları dəyərləndirməkdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости