https://news.day.az/azerinews/1857825.html Ceyhun Bayramovla Qazaxıstanın sabiq XİN başçısı arasında telefon danışığı olub Sentyabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının sabiq xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı baş tutub. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Ceyhun Bayramovla Qazaxıstanın sabiq XİN başçısı arasında telefon danışığı olub

Azərbaycanca, 4 сентября 2026 16:42 (UTC +04:00) 244
Ceyhun Bayramovla Qazaxıstanın sabiq XİN başçısı arasında telefon danışığı olub

Sentyabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının sabiq xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, Nazir Ceyhun Bayramov Yermek Koşerbayevə fəaliyyəti dövründə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına və ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü ifadə edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də çoxtərəfli platformalar çərçivəsində bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik bildirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости