https://news.day.az/azerinews/1857930.html Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir – səfir Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir.

Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir – səfir

Azərbaycanca, 4 сентября 2026 20:41 (UTC +04:00) 123
Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir

Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir.

Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurəhmon sentyabrın 4-də Bakıda Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı deyib.

"Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir. Biz Azərbaycanla səmimi və dostluq münasibətlərini qoruyub saxlayırıq", - deyə səfir bildirib.

Onun sözlərinə görə, iki ölkənin xalqlarını dərin tarixi, mədəni və mənəvi əlaqələr, ümumi ənənələr və qarşılıqlı hörmət birləşdirir.

Səfir həmçinin müasir Tacikistan-Azərbaycan münasibətlərinin formalaşmasında iki ölkənin liderlərinin rolunu vurğulayıb.

Onun sözlərinə görə, bu gün dostluğun təməli iki dövlətin rəhbərləri arasında müntəzəm siyasi dialoq və etimad xarakterli təmaslar sayəsində daha da möhkəmlənməkdə davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости