AMB və Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Dünya Bankı (DB) arasında əməkdaşlıq və həyata keçirilən texniki yardım layihələri müzakirə edilib.
Day.Az xəbər verir ki, AMB-nin məlumatına əsasən, bu, Mərkəzi Bankın sədri Taleh Kazımovun Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı baş tutub.
Görüş zamanı Azərbaycan Respublikası ilə DB arasında əməkdaşlığın cari vəziyyəti, Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası, həyata keçirilən investisiya layihələri və gələcək perspektivlər müzakirə edilib.
Sədr Taleh Kazımov DB-nin Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Saşa Bakesi təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə həmçinin Mərkəzi Bank ilə DB arasında əməkdaşlıq və həyata keçirilən texniki yardım layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре