https://news.day.az/azerinews/1860764.html Qara Dənizdə mülki gəmiyə dron hücumu – Kapitan həlak olub, yaralılar var Sentyabrın 17-də Rusiyaya məxsus pilotsuz uçuş aparatı Tanzaniya bayrağı altında üzən və Ukraynanın limanlarından birinə yollanan mülki gəmiyə hücum edib. Day.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Dəniz Limanları Administrasiyası dövlət müəssisəsinin bəyanatına istinadən məlumat yayıb.

Qara Dənizdə mülki gəmiyə dron hücumu – Kapitan həlak olub, yaralılar var

Azərbaycanca, 17 сентября 2026 15:56 (UTC +04:00) 205
Qara Dənizdə mülki gəmiyə dron hücumu

Sentyabrın 17-də Rusiyaya məxsus pilotsuz uçuş aparatı Tanzaniya bayrağı altında üzən və Ukraynanın limanlarından birinə yollanan mülki gəmiyə hücum edib.

Day.Az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Dəniz Limanları Administrasiyası dövlət müəssisəsinin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda dron hücumu nəticəsində bir nəfərin öldüyü, daha bir neçə nəfərin isə yaralandığı qeyd olunur.

"Zərbə nəticəsində gəminin kapitanı həlak olub, daha üç ekipaj üzvü yaralanıb", - deyə bəyanatda bildirilib.

Hadisə ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости