Populyar ədviyyatın yaddaşı qorumağa kömək etdiyi müəyyənləşib
Sarıkök ekstraktının Alzheimer xəstəliyi ilə əlaqəli yüngül koqnitiv pozuntuları olan şəxslarda yaddaş və diqqətin bəzi göstəricilərinə müsbət təsir göstərə biləcəyi müəyyən edilib.
Day.Az xəbər verir ki, yaponiyalı tədqiqatçıların apardığı kiçikmiqyaslı araşdırmada 13 nəfər iştirak edib və onlar dörd ay ərzində Curcuma longa ekstraktı qəbul ediblər.
Tədqiqat zamanı 10 iştirakçının nəticələri analiz edilib. Rəqəmsal koqnitiv testlərdə yaddaş göstəricilərinin yaxşılaşdığı, həmçinin işçi yaddaş və diqqətin bəzi parametrlərində müsbət dəyişikliklər müşahidə edilib. Bununla belə, standart qiymətləndirmə şkalasında ümumi koqnitiv funksiyalarda əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.
Alimlər bildiriblər ki, nəticələr sarıkök ekstraktının beyin fəaliyyətinə potensial təsirini göstərir, lakin bunu təsdiqləmək üçün daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac var. Buna görə də sarıkökü Alzheimer xəstəliyinin müalicəsi kimi qiymətləndirmək hələ tezdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре