https://news.day.az/azerinews/1862827.html "Abşeron" yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul edilib Azərbaycanın "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul edilib.

"Abşeron" yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul edilib

Azərbaycanca, 26 сентября 2026 12:34 (UTC +04:00) 162
"Abşeron" yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul edilib

Azərbaycanın "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı qəbul edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolya Terraz və ADNOC/XRG-nin İcra Ofisi Direktorluğunun direktoru Omar Əl-Suveydi SOCAR, XRG və "TotalEnergies" arasında imzalanmış sənədi mübadilə ediblər.

Mərasim sentyabrın 26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutub.

Qeyd edək ki, "Abşeron" yatağı Xəzər dənizinin şelfində, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə və "Şahdəniz" yatağından 25 kilometr şimal-şərqdə yerləşir. Strukturun sahəsi təxminən 270 kvadratkilometr, qaz ehtiyatları isə 350-400 milyard kubmetr həcmində qiymətləndirilir. "Abşeron"da hasilata 2023-cü ilin iyulunda bir dərin dəniz quyusundan istifadə edilməklə yatağın ilkin işlənməsi mərhələsi çərçivəsində JOCAP operatorluğu ilə başlanılıb.

Yatağın işlənməsinin ikinci mərhələsi hasil edilən məhsulun daha sonra sahilə nəql olunması ilə sualtı hasilatı nəzərdə tutur.
Hasil edilən qaz və kondensat 140 kilometrlik çoxfazalı boru kəməri ilə Səngəçal terminalına nəql olunacaq və burada sahildəki qurğularda ayrılaraq emal ediləcək. İşlənmənin ikinci mərhələsi hasilatın pik dövründə günə 12,7 milyon kubmetrədək qaz (ildə təxminən 4,5 milyard kubmetr) və günə 37 min barel kondensat hasilatını təmin edə bilər. Hasilata 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başlanılması gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости