https://news.day.az/azerinews/1868009.html Maqsud Babayev vəfat etdi Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib. Day.Az xəbər verir ki, M.Babayev 74 yaşında dünyasını dəyişib. Mərhum 2021-ci ildən BDU-da müəllim işləyirdi.

Maqsud Babayev vəfat etdi

Azərbaycanca, 19 октября 2026 12:04 (UTC +04:00) 169
Maqsud Babayev vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Maqsud Babayev vəfat edib.

Day.Az xəbər verir ki, M.Babayev 74 yaşında dünyasını dəyişib. Mərhum 2021-ci ildən BDU-da müəllim işləyirdi.

O, 2001-2007-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər dənizinin ətraf mühitinin və bioloji sərvətlərinin mühafizəsi bölməsinin rəhbəri, 2007-2008-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin Ekoloji Monitorinq Departamentinin rəisi, 2008-2014-cü illərdə ARDNŞ-in "Ekol Mühəndislik Xidmətləri" QSC-də Səyyar Monitorinq Xidmətinin rəisi, 2014-2018-ci illərdə "Azərsu" ASC-də Texnoloji proseslərə və suyun keyfiyyətinə nəzarət şöbəsinin rəisi, baş texnoloq vəzifələrində çalışıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости