https://news.day.az/azerinews/1868187.html Azərbaycan və BMT Xəzər dənizində suyun səviyyəsinin azalmasını müzakirə ediblər Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi məsələsi müzakirə olunub. Bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında paylaşım edib.

Azərbaycan və BMT Xəzər dənizində suyun səviyyəsinin azalmasını müzakirə ediblər

Azərbaycanca, 19 октября 2026 22:48 (UTC +04:00) 294
Azərbaycan və BMT Xəzər dənizində suyun səviyyəsinin azalmasını müzakirə ediblər

Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi məsələsi müzakirə olunub.

Bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko ilə keçirilən görüşdə regionun qarşılaşdığı ən ciddi ekoloji problemlərdən biri olan Xəzər dənizində suyun səviyyəsinin azalmasına beynəlxalq diqqətin artırılmasının vacibliyi vurğulanıb.

"Eyni zamanda, transsərhəd su ehtiyatlarının idarə olunması, quraqlığa hazırlıq, erkən xəbərdarlıq sistemləri və məlumat mübadiləsi sahələrində regional əməkdaşlığın genişləndirilməsini müzakirə etdik", - deyə Muxtar Babayev bildirib.

Görüş zamanı, həmçinin COP31 və sonrakı dövr üçün müəyyən edilmiş prioritetlər istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости