https://news.day.az/azerinews/1868684.html Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən Neft və Qaz sərgisində iştirak edib - FOTO Oktyabrın 21-də Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən "Türkmənistanın Neft və Qazı - 2026" (OGT-2026) adlı beynəlxalq konfrans və sərgidə iştirak edib. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən Neft və Qaz sərgisində iştirak edib - FOTO

Azərbaycanca, 21 октября 2026 18:49 (UTC +04:00) 388
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən Neft və Qaz sərgisində iştirak edib

Oktyabrın 21-də Azərbaycan nümayəndə heyəti Aşqabadda keçirilən "Türkmənistanın Neft və Qazı - 2026" (OGT-2026) adlı beynəlxalq konfrans və sərgidə iştirak edib.

Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, müxtəlif ölkələrdən dövlət rəsmilərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və ekspertlərin qatıldığı tədbirdə Azərbaycan Respublikası energetika nazirinin müavini Kamal Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, eləcə də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və "Baku Steel Company" şirkətlərinin nümayəndələri ölkəmizi təmsil ediblər.

Konfrans çərçivəsində nazir müavini K.Abbasov çıxış edərək enerji sahəsində əməkdaşlığın aktual məsələlərinə toxunub.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti sərgi ilə tanış olub, həmçinin "OGT-2026" beynəlxalq konfransında baş sponsor kimi çıxış edən SOCAR-ın stendini ziyarət edib.

  • Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən Neft və Qaz sərgisində iştirak edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости