https://news.day.az/azerinews/1869414.html Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçdiyini iddia edib ABŞ Prezidenti Donald Tramp Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-nin nəzarətinə verməyə razılıq verdiyini düşünür. Bu barədə Donald Tramp Corciya ştatında keçirilən mitinqdə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib. "Yeri gəlmişkən, Danimarka əla davrandı.

Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçdiyini iddia edib

Azərbaycanca, 25 октября 2026 09:00 (UTC +04:00) 281
Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçdiyini iddia edib

ABŞ Prezidenti Donald Tramp Danimarka hakimiyyətinin Qrenlandiyanı ABŞ-nin nəzarətinə verməyə razılıq verdiyini düşünür.

Bu barədə Donald Tramp Corciya ştatında keçirilən mitinqdə Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.

"Yeri gəlmişkən, Danimarka əla davrandı. Onlar Qrenlandiyanı bizə verdilər", - deyə o bildirib. Mitinq noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər ərəfəsində təşkil olunub.

 

"Bu, daşınmaz əmlak sahəsində tarixin ən böyük sövdələşməsi kimi tarixə düşəcək. Bəlkə də Venesueladan sonra", - deyə Tramp sentyabr ayında özü, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenin imzaladığı razılaşmadan danışarkən vurğulayıb. Həmin razılaşma Arktikada yerləşən adanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərin Vaşinqtona ötürülməsini nəzərdə tutur.

"Biz onları demək olar ki, havayı əldə etdik", - deyə Tramp Qrenlandiya və Venesueladan danışarkən əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости