https://news.day.az/azerinews/1869579.html Eldəniz və Sənan Astanada tarix yazdı Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Yarışın ikinci günündə 2 güləşçimiz dünya çempionu olub. Eldəniz Əzizli (55 kq) kəmər kolleksiyasına daha birini əlavə edib. Əzizli finalda İran təmsilçisi Payam Balutakiyə 3:1 hesabıyla qalib gələrək 5 qat dünya çempionu olub.

Eldəniz və Sənan Astanada tarix yazdı

Azərbaycanca, 25 октября 2026 23:09 (UTC +04:00) 262
Eldəniz və Sənan Astanada tarix yazdı

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Yarışın ikinci günündə 2 güləşçimiz dünya çempionu olub.

Eldəniz Əzizli (55 kq) kəmər kolleksiyasına daha birini əlavə edib. Əzizli finalda İran təmsilçisi Payam Balutakiyə 3:1 hesabıyla qalib gələrək 5 qat dünya çempionu olub. Beləliklə, titullu güləşçimiz Azərbaycan güləşində özünəməxsus rekordu yeniləyib.

Sənan Süleymanov (77 kq) isə həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşıb. Rəqibinə 8:3 hesabıyla qalib gələn Sənan ilk dəfə böyüklər arasında dünya çempionu olub. Sənan həm də 15 illik həsrətə son qoyub. Belə ki, Süleymanov 2011-ci ildən sonra olimpiya çəkisində dünya çempionu olan ilk kişi güləşçimiz ünvanına sahib olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости