https://news.day.az/azerinews/1871405.html Dost ölkədə köhnə avtomobillərin idxalı qadağan ediləcək Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi ölkədə istismarına icazə verilən nəqliyyat vasitələrinin texniki parametrlərinə dəyişiklikləri təsdiqləyib. Day.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dost ölkədə köhnə avtomobillərin idxalı qadağan ediləcək

Azərbaycanca, 2 ноября 2026 14:11 (UTC +04:00) 278
Dost ölkədə köhnə avtomobillərin idxalı qadağan ediləcək

Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi ölkədə istismarına icazə verilən nəqliyyat vasitələrinin texniki parametrlərinə dəyişiklikləri təsdiqləyib.

Day.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Dəyişikliklərə əsasən, dekabrın 30-dan etibarən ölkə sakinləri şəxsi istifadə məqsədilə istehsal tarixindən beş ildən çox vaxt keçmiş, eləcə də mühərrikinin ekoloji sinfi "Avro-5" standartından aşağı olan avtomobilləri ölkəyə gətirə bilməyəcəklər.

Respublikanın normativ hüquqi aktlarının onlayn məlumat bazasında dərc olunan sərəncamın mətninə əsasən, fiziki şəxslər tərəfindən şəxsi istifadə məqsədilə Qazaxıstan ərazisinə gətirilən avtonəqliyyat vasitələrinin ölkə ərazisində dövriyyəyə buraxılmasına yalnız aşağıdakı tələblərə əməl edildiyi halda icazə veriləcək: "avtonəqliyyat vasitəsinin ekoloji sinfi 5-ci və ya daha yüksək olmalı, nəqliyyat vasitəsinin istehsal tarixindən beş ildən çox vaxt keçməməlidir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости