https://news.day.az/azerinews/1871677.html Ölümcül virusa yoluxanların sayı 500-ü keçdi ABŞ-nin Florida ştatında dang qızdırmasına yoluxma hallarının sayı 485-ə çatıb. Onların təxminən 95 faizi Tampa-Bey bölgəsində aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə "New York Post Florida" Səhiyyə Departamentinin məlumatlarına istinadən xəbər verir. Yalnız oktyabrın 18-dən 24-dək olan müddətdə 60 yeni yoluxma halı qeydə alınıb.

Ölümcül virusa yoluxanların sayı 500-ü keçdi

Azərbaycanca, 3 ноября 2026 14:26 (UTC +04:00) 234
Ölümcül virusa yoluxanların sayı 500-ü keçdi

ABŞ-nin Florida ştatında dang qızdırmasına yoluxma hallarının sayı 485-ə çatıb. Onların təxminən 95 faizi Tampa-Bey bölgəsində aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə "New York Post Florida" Səhiyyə Departamentinin məlumatlarına istinadən xəbər verir.

Yalnız oktyabrın 18-dən 24-dək olan müddətdə 60 yeni yoluxma halı qeydə alınıb. Sentyabrın sonunda infeksiyanın yayılması ilə əlaqədar Hillsboro, Pasko və Pinellas dairələrində fövqəladə vəziyyət elan edilib. Bu qərar insektisidlərin satın alınması və ərazilərə püskürdülməsi prosesini sürətləndirməyə imkan verib. Virusun yayılması davam etdiyindən Hillsboro dairəsində fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

Ştat daxilində baş verən yoluxma halları səfərlərlə əlaqəli olanlardan ayrıca qeydə alınır. İlin əvvəlindən bəri Floridada 300-dən çox xaricdən gətirilmiş dang qızdırması halı aşkarlanıb.

Dang qızdırması "Aedes" cinsinə aid, o cümlədən sarı qızdırma ağcaqanadı və Asiya pələng ağcaqanadı vasitəsilə ötürülən virus xəstəliyidir. İnfeksiya yüksək hərarətə, əzələ və oynaqlarda şiddətli ağrılara, ürəkbulanma və səpgilərə səbəb ola bilər. Ağır hallarda təhlükəli ağırlaşmalar, hətta ölüm baş verə bilər.

Dang virusunu daşıyan ağcaqanadlar bir çox digər ağcaqanadlardan fərqli olaraq, əsasən gündüz saatlarında aktiv olurlar. Onlar isti və rütubətli mühitdə yaxşı çoxalır, yumurtalarını durğun su olan qablara qoyurlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости