https://news.day.az/azerinews/1871693.html Azərbaycanda əcnəbi aqronom və baytarlar üçün yeni güzəşt tətbiq ediləcək Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və iş icazəsinin alınmasının tələb olunmadığı halların əhatə dairəsi genişləndiriləcək.

Azərbaycanda əcnəbi aqronom və baytarlar üçün yeni güzəşt tətbiq ediləcək

Azərbaycanca, 3 ноября 2026 13:12 (UTC +04:00) 242
Azərbaycanda əcnəbi aqronom və baytarlar üçün yeni güzəşt tətbiq ediləcək

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və iş icazəsinin alınmasının tələb olunmadığı halların əhatə dairəsi genişləndiriləcək.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsinə əsasən, aqroparkın rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən aqronoma, bağçılıq üzrə nmütəxəssisə, baytar həkimə (o şərtlə ki, həmin şəxslər cəlb olunduqları fəaliyyət sahəsində təcrübəyə malik olsunlar) 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzunmüddətli icazə) və iş icazəsinin alınması tələb olunmayacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости