https://news.day.az/azerinews/1871727.html Helikopterlər toqquşub: Ölən və yaralananlar var Nepalın Everest dağı yaxınlığındakı Pheriche kəndində iki turist helikopteri eniş zamanı toqquşub. Day.Az xəbər verir ki, Nepalın "The Tourism Times" nəşrinin məlumatına görə, "Fishtail Air" və "Air Dynasty" şirkətlərinə məxsus helikopterlər eniş zamanı əsas rotorlarının pərləri ilə bir-birinə toxunaraq qəzaya uğrayıblar.

Helikopterlər toqquşub: Ölən və yaralananlar var

Azərbaycanca, 3 ноября 2026 15:11 (UTC +04:00) 234
Helikopterlər toqquşub:

Nepalın Everest dağı yaxınlığındakı Pheriche kəndində iki turist helikopteri eniş zamanı toqquşub.

Day.Az xəbər verir ki, Nepalın "The Tourism Times" nəşrinin məlumatına görə, "Fishtail Air" və "Air Dynasty" şirkətlərinə məxsus helikopterlər eniş zamanı əsas rotorlarının pərləri ilə bir-birinə toxunaraq qəzaya uğrayıblar.

Nepalın Mülki Aviasiya İdarəsinin məlumatına görə, hadisə nəticəsində Hindistan vətəndaşı ölüb. Yeni Zelandiya vətəndaşı və pilot yaralanıblar. Yaralılar tibbi yardım üçün Katmandudakı xəstəxanaya aparılıblar.

Məlumata əsasən, helikopterlərdən biri Everest bölgəsində xilasetmə əməliyyatı çərçivəsində təxliyə edilən şəxsləri daşıyırmış, digər helikopter isə yük aparırmış.

Hadisənin səbəbləri araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости