https://news.day.az/azerinews/1871880.html
Xurma yığan kişini elektrik cərəyanı vuraraq öldürüb
Ucar rayonunda xurma yığan kişi elektrik cərəyanı vurması nəticəsində ölüb. Day.Az xəbər verir ki, hadisə noyabrın 3-də saat 14 radələrində rayonun Qulabənd kəndində baş verib.
Xurma yığan kişini elektrik cərəyanı vuraraq öldürüb
Ucar rayonunda xurma yığan kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Day.Az xəbər verir ki, hadisə noyabrın 3-də saat 14 radələrində rayonun Qulabənd kəndində baş verib.
Kənd sakini, 1988-ci il təvəllüdlü Elvin Muxtar oğlu Xankişiyev qonşusuna kömək etmək üçün onun evinin həyətyanı sahəsindəki bağda xurma yığarkən əlindəki dəmir nərdivan elektrik naqilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре