https://news.day.az/azerinews/1871916.html Tələbələrə ŞAD XƏBƏR 2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 4 970 nəfər artaraq 148 950 nəfər, təqaüd alanların sayının isə təqribən 6 190 nəfər artaraq 118 750 nəfər olacağı gözlənilir.

Tələbələrə ŞAD XƏBƏR

Azərbaycanca, 4 ноября 2026 11:43 (UTC +04:00) 263
Tələbələrə

2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 4 970 nəfər artaraq 148 950 nəfər, təqaüd alanların sayının isə təqribən 6 190 nəfər artaraq 118 750 nəfər olacağı gözlənilir.

Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Bildirilib ki, artımlar nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 613 milyon manat vəsait proqnozlaşdırılır.

Həmin vəsaitin 422 milyon manatını təhsil xərcləri (cari illə müqayisədə 10 milyon manat və ya 2.4 faiz çox), 184 milyon manatını təqaüd xərcləri (cari illə müqayisədə 7 milyon manat və ya 4 faiz çox), 7 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək.

Cari ilə nisbətən növbəti ildə artımın səbəbləri təhsilalanların və təqaüd alanların sayının artımı ilə bağlıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости