https://news.day.az/azerinews/1871935.html
1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Son altı ildə 1127 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. Bu barədə Day.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Son altı ildə 1127 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.
Bu barədə Day.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başladığı 2020-ci ildən ötən dövrdə qurumun həyata keçirdiyi reinteqrasiya tədbirləri ilə 953 uşağın sosial xidmət müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Uşaqların ailə himayəsinə qaytarılması prosesində ailələrə sosial dəstək tədbirlərini özündə əks etdirən ailə inkişaf planları tərtib edilb. Bu plan əsasında müvafiq istiqamətlər üzrə ailələrin gücləndirilməsi üçün dəstək göstərilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре