https://news.day.az/azerinews/1871956.html Hörmüz yaxınlığında tankerə hücum olub Hörmüz boğazının cənubunda, Oman sahilləri yaxınlığında neft tankeri hücuma məruz qalıb. Day.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.

Hörmüz yaxınlığında tankerə hücum olub

Azərbaycanca, 4 ноября 2026 14:35 (UTC +04:00) 234
Hörmüz yaxınlığında tankerə hücum olub

Hörmüz boğazının cənubunda, Oman sahilləri yaxınlığında neft tankeri hücuma məruz qalıb.

Day.Az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.

"Tankerin təhlükəsizlik xidmətinin nümayəndəsinin bildirdiyinə görə, naməlum iki mərmi gəminin mühərrik bölməsinə düşüb", - deyə məlumatda bildirilib.

Qurumun məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.

Bundan əvvəl İranın Pakistan vasitəsilə ABŞ administrasiyasına Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı təklif göndərdiyi bildirilmişdi. Təklifə əsasən, bunun müqabilində ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmalıdır. İran tərəfi iki əsas məsələnin diplomatik yolla həllini təklif edib: Hörmüz boğazında normal gəmiçiliyin bərpası və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости