https://news.day.az/azerinews/1871975.html Həkim qəbulu ödənişləri nəyə əsasən TƏNZİMLƏNİR? Bir çox hallarda insanlar müxtəlif problemlərlə bağlı həkimə müraciət edirlər. İstər ümumi yoxlanış, istərsə də hər hansı xəstəliyin müalicəsi üçün. Qarşılaşılan mənzərə isə həkim qəbulu qiymətlərinin müxtəlif olmasıdır. Maraqlı sual yaranır ki, həkim qəbulu ödənişinin müxtəlifliyinə hansı amillər təsir edir?

Həkim qəbulu ödənişləri nəyə əsasən TƏNZİMLƏNİR?

Azərbaycanca, 4 ноября 2026 14:32 (UTC +04:00) 228
Həkim qəbulu ödənişləri nəyə əsasən

Bir çox hallarda insanlar müxtəlif problemlərlə bağlı həkimə müraciət edirlər. İstər ümumi yoxlanış, istərsə də hər hansı xəstəliyin müalicəsi üçün. Qarşılaşılan mənzərə isə həkim qəbulu qiymətlərinin müxtəlif olmasıdır. Maraqlı sual yaranır ki, həkim qəbulu ödənişinin müxtəlifliyinə hansı amillər təsir edir?   

Day.Az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib ki, dövlət xəstəxanalarında həkim qəbulunun ödənişli olmasından və həkim xidmətlərinə ayrıca qiymət qoyulmasından söhbət gedə bilməz.

Onun sözlərinə görə, dövlət xəstəxanalarından kənarda isə əsasən özəl tibb müəssisələri fəaliyyət göstərir.

"Özəl xəstəxanalarda qiymətlər həmin müəssisənin kateqoriyasından, istifadə olunan avadanlıqların növündən və dəyərindən, eləcə də orada çalışan həkimlərin hazırlıq səviyyəsindən və peşəkarlığından asılı olaraq dəyişir.

Lakin bu qiymətlər, əlbəttə, əlçatan olmalıdır. Məsələn, xaricdə MRT müayinəsinin qiyməti 1000 avro ola bilər, lakin bu qiymətin Azərbaycanda da eyni qaydada tətbiq edilməsi mümkün deyil. Çünki ölkəmizdə əhalinin gəlirləri, əməkhaqqı səviyyəsi və minimum əməkhaqqı kimi amillər mövcuddur. Bu prinsip həkim qəbullarının qiymətləri müəyyən edilərkən də nəzərə alınmalı, özəl klinikalar qiymət siyasətlərini formalaşdırarkən həmin amilləri əsas götürməlidirlər", - deyə o bildirib.

A.Qeybulla vurğulayıb ki, bu məsələdə birbaşa müdaxilə düzgün olmazdı.

"Bununla belə, özəl xəstəxanaların qiymət siyasətini müəyyən edərkən ümumi iqtisadi vəziyyəti, sosial durumu və əhalinin gəlirlərini nəzərə alması mühüm əhəmiyyət daşıyır. Təbii ki, qiymətlər klinikadan və həkimdən asılı olaraq fərqlənəcək. Lakin bu fərqlərin katastrofik həddə çatması, eyni xidmətin bir müəssisədə digərinə nisbətən 5-6 dəfə baha olması artıq normal göstərici hesab edilə bilməz. Düşünürəm ki, səhiyyə sistemində yenidən aparılacaq təşkilati dəyişikliklər zamanı bu məsələlər də nəzərə alınmalıdır", - o yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости