https://news.day.az/azerinews/1871977.html Gələn il pensiyalar bu qədər artırılacaq 2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır. Day.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Gələn il pensiyalar bu qədər artırılacaq

Azərbaycanca, 4 ноября 2026 14:39 (UTC +04:00) 251
Gələn il pensiyalar bu qədər artırılacaq

2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır.

Day.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2027-ci ildə əmək pensiyalarının ödənilməsi xərcləri 8 milyard 669,43 milyon manat nəzərdə tutulub.

Bu, 2026-cı ilin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.

Pensiyaların indeksləşdirilməsi zamanı 2027-ci ildə orta aylıq nominal əməkhaqqının gözlənilən artım tempinin 7,5 faiz olacağı nəzərə alınıb.

Büdcə layihəsində qeyd olunur ki, 2026-cı ilin sonuna əmək pensiyalarının orta aylıq məbləğinin 663,82 manat olacağı gözlənilir. Bu göstəricinin dinamikası nəzərə alınmaqla, 2027-ci ildə pensiya xərclərinin ümumi həcminin 8 milyard 669,43 milyon manata çatacağı proqnozlaşdırılır.

Layihəyə əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 2026-cı ildə gözlənilən 594,4 manatdan təxminən 7,5 faiz artaraq 639 manata çatacağı proqnozlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости