https://news.day.az/azerinews/1871982.html İşsizlikdən Sığorta Fondunun gələn il büdcəsi 319,2 milyon manat müəyyən edilib İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə gəlirləri 268,9 milyon manat, xərcləri isə 319,2 milyon manat məbləğində təsdiq edilib.

İşsizlikdən Sığorta Fondunun gələn il büdcəsi 319,2 milyon manat müəyyən edilib

Azərbaycanca, 4 ноября 2026 14:47 (UTC +04:00) 250
İşsizlikdən Sığorta Fondunun gələn il büdcəsi 319,2 milyon manat müəyyən edilib

İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə gəlirləri 268,9 milyon manat, xərcləri isə 319,2 milyon manat məbləğində təsdiq edilib.

Day.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, fondun gəlirlərinin 267,2 milyon manatı işsizlikdən sığorta haqları, 1,7 milyon manatı isə sair gəlirlər hesabına formalaşacaq.

Sığorta haqlarından daxilolmaların 29,8 milyon manatının büdcədən maliyyələşən təşkilatlar, 29,8 milyon manatının büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, 207,6 milyon manatının isə qeyri-büdcə sektoru üzrə ödənilən haqlar hesabına təmin olunacağı gözlənilir.

Fondun 2027-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün əvvəlki illərdən istifadə olunmamış vəsait hesabına 50,3 milyon manatın yönəldilməsi də nəzərdə tutulub.

Xərclərin əsas istiqamətlərindən biri özünüməşğulluq tədbirləridir. Bu məqsədlə 113 milyon manat ayrılması planlaşdırılır.

Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinə 36 milyon manat, peşə hazırlığı və əlavə təhsilin təşkilinə 27,3 milyon manat, peşəyönümünə dair məsləhət xidmətlərinə 1,6 milyon manat, əmək yarmarkalarının və əmək birjalarının təşkilinə 500 min manat, haqqı ödənilən ictimai işlərin təşkilinə isə 3,8 milyon manat vəsait nəzərdə tutulub.
Beləliklə, fondun 2027-ci il üzrə xərcləri gəlirlərindən 50,3 milyon manat çox olacaq. Bu fərqin əvvəlki illərdən qalan vəsait hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости