Binalarda təbii qaz kəsilir? - YENİ QAYDA - VİDEO
Nazirlər Kabineti qazla işləyən qurğu və avadanlıqlarla bağlı yeni təhlükəsizlik qaydaları müəyyən edib. Yeni tələblər qaz plitələri, kombilər, su qızdırıcıları və digər isidici cihazları əhatə edir. Əsas məqsəd qaz sızmasının, yanmamış qazın yığılmasının və yanma məhsullarının yaşayış sahəsinə keçməsinin qarşısını almaqdır.
Day.Az xəbər verir ki, yeni qaydalara əsasən, alov söndükdə qaz avtomatik kəsilməli, qaz təchizatında fasilədən sonra yenidən işə düşməni bloklayan sistem, həmçinin detektor və sensorlar olmalıdır.
Cihazlarda təkrar alışdırmadan əvvəl məcburi ventilyasiya sistemi nəzərdə tutulmalı, istifadəçinin toxuna biləcəyi səthlərdə yanıq riskinin qarşısı alınmalı və avadanlıqlar gərginlik dəyişikliklərinə davamlı olmalıdır.
Tələblər istehsalçı, idxalçı və xidmət göstərən qurumlar üçün məcburi olacaq. Yeni standartlara cavab verməyən cihazların bazara çıxarılmasına və istismarına icazə verilməyəcək. Ekspertlərin fikrincə, əlavə texniki tələblər avadanlıqların qiymətinin artmasına səbəb ola bilər. Qaydalar noyabrın 6-dan qüvvəyə minəcək.
Ətraflı "ATV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре