https://news.day.az/azerinews/1872057.html Qarabağ Dirçəliş Fondu ipoteka verəcək? Qarabağ Dirçəliş Fondu güzəştli ipoteka proqramında iştirak imkanını nəzərdən keçirir. Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bildirib.

Qarabağ Dirçəliş Fondu ipoteka verəcək?

Azərbaycanca, 4 ноября 2026 18:10 (UTC +04:00) 212
Qarabağ Dirçəliş Fondu ipoteka verəcək?

Qarabağ Dirçəliş Fondu güzəştli ipoteka proqramında iştirak imkanını nəzərdən keçirir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bu barədə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bildirib.

R.Hacıyev fondun ipoteka proqramında iştirak imkanını müzakirə etdiyini deyib: "Hələlik söhbət yalnız ideyadan gedir və fond praktiki addımlara keçmək imkanını istisna etmir".

O, həmçinin qeyd edib ki, müxtəlif dövlət və özəl qurumlar regiona özəl investisiyaların cəlb edilməsinə dəstək göstərə bilər. Lakin bu proses müəyyən vaxt tələb edir.

 

Onun sözlərinə görə, hazırkı mərhələdə prioritet istiqamətlərdən biri keçmiş məcburi köçkünlərin mənzillə təmin edilməsidir.

R.Hacıyev bildirib ki, birinci mərhələdə dövlət mənzillərinin tikintisi nəzərdə tutulur və bu, böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, onun sözlərinə görə, regionun inkişafını yalnız dövlət xərcləri hesabına təmin etmək mümkün deyil və buna görə də özəl investorların cəlb edilməsi zəruridir.

"İnvestisiyaların cəlb edilməsi üçün formalaşmış bazar olmalıdır. Hazırda Qarabağda artıq təxminən 100 min insan yaşayır, işləyir və ya təhsil alır. Növbəti beş ildə onların sayının daha yüksək templə artacağı gözlənilir. Bu isə daşınmaz əmlakın müxtəlif seqmentlərinə, o cümlədən regionda çalışan mütəxəssislər və digər şəxslər üçün mənzillərin tikintisinə, eləcə də özəl yaşayış komplekslərinin yaradılmasına investisiya qoyuluşu imkanları formalaşdıracaq", - deyə o bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости