https://news.day.az/azerinews/1872061.html Makron diktaturası etirazlardan təşvişə düşüb Fransa Prezidenti, faktiki diktator Emmanuel Makron noyabrın 5 və 7-də keçirilməsi planlaşdırılan ümumxalq etirazları ilə əlaqədar Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Makron diktaturası etirazlardan təşvişə düşüb

Azərbaycanca, 4 ноября 2026 18:24 (UTC +04:00) 211
Makron diktaturası etirazlardan təşvişə düşüb

Fransa Prezidenti, faktiki diktator Emmanuel Makron noyabrın 5 və 7-də keçirilməsi planlaşdırılan ümumxalq etirazları ilə əlaqədar Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

BFMTV telekanalının məlumatına görə, Makron Daxili Təhlükəsizlik Baş İdarəsinin rəhbəri Selin Berton, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fabien Mandon və Milli Polisin rəhbərliyinin iştirakı ilə Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Noyabrın 5-də Paris regionunda 500-700 min nəfərin iştirakı gözlənilən etirazlarda iş yerlərinin qorunması, əməkhaqlarının artırılması, dövlət xidmətlərinin və sənayenin dəstəklənməsi tələb olunacaq.

 

Fransa hökuməti etirazlar zamanı zorakılıq və talan hallarının təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirir. Kəşfiyyat hesabatında xüsusilə şəhər mərkəzlərində zorakılığın yeni miqyas ala biləcəyi barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, oktyabrın 17-də Fransada keçirilən kütləvi etirazlar toqquşmalar və talanlarla müşayiət olunub, ölkə üzrə 2 mindən çox insan saxlanılıb.

 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости