https://news.day.az/azerinews/1873248.html Yod çatışmazlığının qarşısını almağın ən sadə yolu açıqlandı Yod çatışmazlığının qarşısını almaq üçün yodlaşdırılmış duzdan düzgün istifadə etmək tövsiyə olunur. Day.Az xəbər verir ki, endokrinoloq Nataliya Tananakina bildirib ki, duz yemək bişdikdən və bir qədər soyuduqdan sonra əlavə edilməlidir. Çünki qaynama zamanı tərkibindəki yodun 30-50 faizi itə bilər.

Yod çatışmazlığının qarşısını almağın ən sadə yolu açıqlandı

Azərbaycanca, 10 ноября 2026 05:31 (UTC +04:00) 309
Yod çatışmazlığının qarşısını almağın ən sadə yolu açıqlandı

Yod çatışmazlığının qarşısını almaq üçün yodlaşdırılmış duzdan düzgün istifadə etmək tövsiyə olunur.

Day.Az xəbər verir ki, endokrinoloq Nataliya Tananakina bildirib ki, duz yemək bişdikdən və bir qədər soyuduqdan sonra əlavə edilməlidir. Çünki qaynama zamanı tərkibindəki yodun 30-50 faizi itə bilər.

Həkimin sözlərinə görə, gündəlik 5-6 qram yodlaşdırılmış duz qəbul etmək orqanizmin yod ehtiyacının ödənilməsinə kömək edə bilər. Həmçinin həftədə 1-2 dəfə dəniz kələmindən istifadə tövsiyə olunur. Lakin tireotoksikoz və bəzi qalxanabənzər vəzi xəstəlikləri olan şəxslər yod qəbulunu həkimlə razılaşdırmalıdırlar.

Mütəxəssis qeyd edib ki, hamiləlik, ana südü ilə qidalandırma və erkən uşaqlıq dövründə yoda tələbat artır. Belə hallarda yalnız yodlaşdırılmış duz kifayət etməyə bilər və həkim nəzarəti ilə kalium yodid preparatları təyin oluna bilər. Hamilə qadınlar üçün gündəlik yod ehtiyacının 250 mikroqram olduğu bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости