Yaşlılıqda ət yemək 100 yaşa çatmaq ehtimalını artıra bilər - Araşdırma
Çinli alimlərin araşdırmasına görə, xüsusilə çəkisi normadan az olan 80 yaşdan yuxarı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalı ilə əlaqələndirilir.
Day.Az xəbər verir ki, tədqiqatın nəticələri "The American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.
Araşdırmada 5 203 nəfərin məlumatları təhlil edilib. Məlum olub ki, hər gün ət yeyən, çəkisi normadan az olan yaşlıların 100 yaşa çatmaq ehtimalı vegetarianlarla müqayisədə 44 faiz yüksəkdir. Bu əlaqə əsasən qadınlarda müşahidə edilib, normal və artıq çəkili şəxslərdə isə oxşar fərq qeydə alınmayıb.
Alimlər bildirirlər ki, uzunömürlülük baxımından əsas amil yalnız ət deyil, orqanizmin kifayət qədər zülal və kalori qəbul etməsidir. Balıq, yumurta və süd məhsulları istehlak edən yaşlılarda da oxşar nəticələr müşahidə olunub. Tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr ət yeməyin birbaşa ömrü uzatdığını sübut etmir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре