Kardioloq ürək sağlamlığını qorumağın sadə yolunu açıqladı: Tez-tez gülün
Braziliyalı kardioloq Fabio de Serkeyra Lario sağlamlığı qorumaq üçün tez-tez gülməyi tövsiyə edib.
Day.Az xəbər verir ki, həkimin sözlərinə görə, gülüş stress zamanı qanda kortizolun səviyyəsini azaldır və insanın əhval-ruhiyyəsini yaxşılaşdıran maddələrin ifrazını artırır.
Mütəxəssis bildirib ki, gülmək orqanizmdə xroniki iltihabın azalmasına, immun və vegetativ sinir sistemlərinin fəaliyyətinin yaxşılaşmasına da kömək edə bilər. Bəzi elmi araşdırmalar isə tez-tez gülməklə ürək-damar xəstəlikləri riskinin aşağı olması arasında əlaqə olduğunu göstərir.
Kardioloqun fikrincə, gülüş və müsbət əhval-ruhiyyə bir-birinə qarşılıqlı təsir göstərir. Bu səbəbdən gündəlik həyatda xoş emosiyalara və gülüşə daha çox yer ayırmaq ümumi sağlamlığın qorunmasına müsbət təsir göstərə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре