https://news.day.az/azerinews/1873370.html Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb Şimali Koreya Yapon dənizində yeni yüksək sürətli torpedo silah sisteminin sınaqlarını keçirib. AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

Azərbaycanca, 10 ноября 2026 10:22 (UTC +04:00) 142
Şimali Koreya ən son torpedo silahını sınaqdan çıxarıb

Şimali Koreya Yapon dənizində yeni yüksək sürətli torpedo silah sisteminin sınaqlarını keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, sınaq noyabrın 9-da ölkənin müdafiə sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının birgə hazırladığı yeni torpedo sisteminin döyüş effektivliyini yoxlamaq məqsədilə keçirilib.

Bildirilib ki, sınaq sistemin döyüş qabiliyyətini təsdiqləyib. Yeni torpedo silahının 2027-ci ilin əvvəlindən Şimali Koreya Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil edilməsi planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости