https://news.day.az/azerinews/1873379.html Dünya bazarında qızıl bahalaşıb Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. "APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib.

Dünya bazarında qızıl bahalaşıb

Azərbaycanca, 10 ноября 2026 11:16 (UTC +04:00) 124
Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb.

"APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,80 ABŞ dolları və ya 0,38% artaraq 4 130,30 ABŞ dolları təşkil edib.

Digər qiymətli metalların qiymətlərində də yüksəliş müşahidə olunub. Gümüşün dekabr fyuçersləri 1,07% bahalaşaraq 53,26 ABŞ dollarına, platinin spot qiyməti isə 0,11% artaraq 1 581,47 ABŞ dollarına çatıb.

Mis üzrə dekabr fyuçerslərinin qiyməti də 0,13% yüksələrək bir funt üçün 633,65 ABŞ senti təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости