https://news.day.az/azerinews/1876429.html Kür və Qudyalçayda batdığı ehtimal olunan iki nəfər axtarılır Kür və Qudyalçayda batdığı ehtimal olunan iki nəfərin axtarışları davam etdirilir.

Kür və Qudyalçayda batdığı ehtimal olunan iki nəfər axtarılır

Azərbaycanca, 23 ноября 2026 12:57 (UTC +04:00) 117
Kür və Qudyalçayda batdığı ehtimal olunan iki nəfər axtarılır

Kür və Qudyalçayda batdığı ehtimal olunan iki nəfərin axtarışları davam etdirilir.

Day.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 1963-cü il təvəllüdlü Yaqub Telman oğlu Məmmədovun noyabrın 22-də Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batdığı ehtimal olunur. 1997-ci il təvəllüdlü Xəyal Hidayət oğlu Muradovun isə Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal edilir.

Axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri aparır. Axtarışlar hər iki şəxsin batdığı ehtimal olunan istiqamətlərdə davam etdirilir.

FHN əlavə məlumat veriləcəyini bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости