Vida mərasimində onlar da iştirak etdilər
Xalq artisti Elmira Şabanova ilə noyabrın 26-da Bakının Təzəpir məscidində vida mərasimi keçirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, "Azərbaycanfilm" kinostudiyasının və "İctimai Televiziya"nın keçmiş direktoru Cəmil Quliyev, Azərbaycan Respublikası Kino Agentliyinin baş direktoru Rəşad Əzizov və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ayaz Salayev iştirak ediblər. Mərasimə aktrisanın ailə üzvləri, yaxınları, həmkarları və mədəniyyət xadimləri də qatılıblar.
Elmira Şabanova noyabrın 25-də 86 yaşında vəfat edib. Vida mərasimindən sonra sənətkarı həyat yoldaşı, rejissor Rüfət Şabanovun yanında, Yasamal qəbiristanlığında dəfn olunacağı bildirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре