Nazpəri efirə qayıtdı
Day.Az представляет новость на азербайджанском языке.
Xalq artisti Nazpəri Dostəliyeva uzun fasilədən sonra efirə çıxıb.
Day.Az ölkə.az-a istinadən bildirir ki, ANS telekanalında "Deməsək, olmaz" verilişinin qonağı olan xalq artisti maraqlı açıqlamalar verib. Dostəliyeva tanınmışların davranışına fikir verməli olduğunu söyləyib:
"Bir insan özünü apara bilmirsə, onu televiziyaya çıxarmaq olarmı? Əlbəttə, olmaz! Amma çıxır. Maddiyyat, filan... nələrisə qoyurlar ortaya, çıxır. Televiziya belə adamları göstərməməli, mətbuat yazmamalı, antireklam belə etməməlidir. Aparıcılar müğənniləri təlxək yerinə qoyub, oynadırlar".
Xalq artisti qonağı olduğu telekanal barədə xoş sözlər deyib:
"ANS xalqın sözünü deyəcəyi yeganə kanaldır. Təşəkkür üçün demirəm, bu, faktdır. Xalqın içində oluram. Xalq şou əhlinə nifrət edir".
Qeyd edək ki, Nazpəri Dostəliyevaya ANS istisna olmaqla, digər telekanallar efir qadağası qoyub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре