https://news.day.az/azerinews/766270.html TQDK rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib

TQDK rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib

Azərbaycanca, 4 апреля 2016 10:53 (UTC +04:00) 1 079
TQDK rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib

Day.Az представляет новость на азербайджанском языке

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib. TQDK-dan APA-ya verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahanın gedişinə nəzarət olunub.

Aprelin 4-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan olunacaq.

Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости