https://news.day.az/azerinews/771868.html TQDK-dan əhaliyə XƏBƏRDARLIQ

TQDK-dan əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanca, 19 апреля 2016 16:16 (UTC +04:00) 2 964
TQDK-dan əhaliyə

Day.Az представляет новость на азербайджанском языке

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası son günlər Facebook sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılması barədə xəbər yayıb.

Day.Az bildirir ki, TQDK-nın mətbuat xidmətindən modern.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub.

"Nəzərinizə çatdırmaq istəyirik ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi Facebook səhifəsi deyil. Yaxın günlərdə qurumun rəsmi Facebook səhifəsi istifadəyə veriləcək və bununla bağlı əlavə məlumat saytımızda yerləşdiriləcək. Dövlət İmtahan Mərkəzi adından yaradılmış saxta Facebook səhifələrindən istifadə etməməyiniz xahiş olunur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости