https://news.day.az/azerinews/775184.html DİQQƏT! Bu gün sənəd qəbulu başa çatır Qəbul imtahanların

DİQQƏT! Bu gün sənəd qəbulu başa çatır

Azərbaycanca, 28 апреля 2016 12:42 (UTC +04:00) 1 433
DİQQƏT! Bu gün sənəd qəbulu başa çatır

Day.Az представляет новость на азербайджанском языке

Bu gün 2016-2017-ci tədris ilində I-IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatır.

Day.Az APA-ya istinadən bildirir ki, elektron ərizə qəbulu aprelin 28-də saat 23:59-dək davam edəcək.

Bu gün saat 11:00-dək ali məktəblərə 79201 nəfər ərizə verib. Onlardan 72192 nəfəri Azərbaycan, 7009 nəfəri isə rus bölməsinin məzunlarıdır. Ərizə verənlərdən 31586-sı I, 22310-u II, 19768-i III, 5537-si isə IV ixtisas qrupu seçib.

Qəbul imtahanlarında yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости