Haiti sahillərində faciə:

Day.Az представляет новость на азербайджанском языке

Ötən bazar Haiti sahilləri yaxınlığında kiçik yelkənli gəmi batıb.

Day.Az report-a istinadən bildirir ki, bu barədə bazar ertəsi Haitinin Milli Dənizçilik və Gəmiçilik Xidmətinin direktoru Erik Prevost məlumat verib.

Onun sözlərinə görə, qəza nəticəsində 21 nəfər həyatını itirib.
Gəmi Bombardopolis şəhərindən Qonaiva istiqamətində hərəkət edirmiş. Suda boğulanların cəsədi Artibonit departamenti sahillərində tapılıb.
Prevostun sözlərinə görə, gəmi çətin meteoroloji şərait nəticəsində qəzaya uğrayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.