"Dədə-baba" qaydasıyla istirahət edən şou əhli

Day.Az представляет новость на азербайджанском языке

"Ancaq işləmişəm, ölürəm"

ARB Ulduz-un efirində yayımlanan "Şou məkan" verilişində şou-biznes ulduzları yayı harada və necə keçirmələri haqda danışıblar.

Elton Hüseynəliyev: "Yayı Bodrumda keçirdik. Anam, qaynanam, yoldaşım, uşaqlarım - yayı birgə keçirdik. Oradan da İstanbula getdik. Çünki anam İstanbulda olmamışdı. Daha sonra isə öz rayonlarımıza getdik".

Ayaz Qasımov isə Gürcüstanda istirahət etdiyini bildirib: "Gürcüstandan əlavə öz bölgələrimizdə də dincəldik. Qaxda, Qəbələdə, İsmayıllıda".

Elçin Cəfərov: "Antalyada keçirdim yayı. Qayıdandan sonra Zaqatala, Qəbələ kimi rayonlarda oldum".

Nazim Məmmədov: "Yayın çox hissəsini öz gözəl guşələrimizdə keçirdim. Bir həftə isə Türkiyədə oldum".

Məleykə Əsədova isə qonşu ölkələrdə istirahət fikrini birdəfəlik beynindən ataraq okeanın o tərəfində dincəldiyini bildirib: "Haitidə istirahət etdim. Las-Veqasda da bir müddət istirahət edərək okean ətrafında dincəldim".

Faiq Ağayev işlərinin çox olduğundan Bakıdan kənara çıxmadığını qeyd edib: "Ona görə Bakıda qaldığım halda bir neçə dəfə dənizə gedib dincəldim". 

Sevil-Sevinc bacıları da ancaq iş olduğu üçün heç yerə getmədiklərini deyiblər.

Günay İbrahimli həmkarlarından fərqli olaraq bu yayı çox gözəl keçirdiyini bildirib: "Həm Bakıda, həm də Türkiyədə istirahət etdim. Keçən ildən fərqli olaraq. İndi isə tam gücümlə çalışıram".

Rəqqasə Fatimənin başı işdən açılmadığı üçün istirahət yerini də açıqlamaq istəmirdi: "Ancaq işləmişəm. Yorğunluqdan ölürəm. Amma ailəmlə birgə bir həftəlik İstanbulda istirahət etmişəm". 

Emil Bədəlov da həmkarlarına söz ataraq istirahət yerini bildirib: "Dədə-baba" adəti ilə mən də Antalyada".

Videonu izləmək üçün şəklə klikləyin:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.