Bakıda universitetlərinin yeməkxanalarındakı qiymətlər - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Bəzən tələbələr haqqında müxtəlif fikirlər səsləndirilir. Bu fikirlər içərisində "tələbə zamanın tələbidir", "tələbə, ehtiyacı olan, tələb edəndir" və sairlərini qeyd etmək olar. Elə tələbə sözünün ərəbcədən hərfi mənası da "talib" - "ehtiyacı olan" deməkdir.
Bununla yanaşı, tələbələr həm də böyük qüvvə kimi xarakterizə olunurlar. Çünki onlar dövlətin, ölkənin gələcəyinin təminatçıları və ziyalı olmağa namizəddirlər.
Day.Az musavat.com-a istinadən bəzi universitetlərin yeməkxanalarındakı qiymətləri təqdim edir:
Bakı Dövlət Universiteti: 1 stəkan çay - 10 qəpik, qəhvə - 40 qəpik, kapuçino- 50 qəpik, sendviç, pizza və kotletlə kartof - 1 manat, hamburger - 80 qəpik, dönər isə 1 manat 20 qəpiyə satılır. Ötən illərlə müqayisədə qiymətlərdə artım var.
Azərbaycan Dillər Universiteti: Pirojki - 30 qəpik, bulkalar - 40 qəpik, dönər - 1 manat 40 qəpik, adi sular - 50 qəpik, qazlı sular isə 70 qəpikdir. Sendviç - 1 manat 20 qəpik, ayran - 40 qəpik. Bu universitetdə qiymətlər son zamanlar 10-20 qəpik arasında bahalaşıb.
Azərbaycan Dövlət Pedaqoji Universiteti: Dönər - 1 manat 20 qəpik, bulkalar - 50 qəpik, sular - 40-60 qəpik, çayın stəkanı - 20 qəpik, qəhvə - 30 qəpikdir. Bu universitetdə isə demək olar ki, qiymət artımı yoxdur.
Azərbaycan Memarlıq və İnşaat Universiteti: 1 porsiya yemək - 2 manat 50 qəpik, ayran - 50 qəpik, şirələr - 70 qəpik, dönər - 1 manat 30 qəpik, şorbalar - 1 manat 40 qəpik, keks - 70 qəpik, salatlar - 1 manat, xaçapuri - 1 manat 20 qəpik, qoğal - 40 qəpik... Bu universitetdə də ötən illərlə müqayisədə 10-20 qəpik arasında qiymət artımı var.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре